İsveç və Finlandiya mayın 14-dən əvvəl NATO-ya qoşulmağa ümid etməməlidir

2023-01-24 09:44:00

İsveç və Finlandiya mayın 14-dən əvvəl NATO-ya qoşulmağa ümid etməməlidir

Türkiyə mayın 14-də keçiriləcək prezident seçkilərinə hazırlaşarkən, Ankara İsveç və Finlandiya ilə bağlı mövqeyinə yenidən baxmayacaq. Bunu ölkənin "Hürriyet" qəzeti yazır.
Vəziyyət ifrat sağçı partiyanın lideri Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında - hakimiyyətin icazəsi ilə Quranı yandırması ilə daha da gərginləşib. Türkiyə buna cavab olaraq İsveçin bayrağını yandırıb və bu ölkənin müdafiə nazirinin səfərini ləğv edib.
Bu gün Stokholmda Türkiyə səfirliyi qarşısında Qurana hörmət aksiyası keçiriləcək. Onu türk diplomatları aparacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.150929