Saat:14:41
Haqqımızda

İsveç Ukraynaya sülhməramlılar göndərə bilər

2025-02-17 23:48:14

İsveç Ukraynaya sülhməramlılar göndərə bilər

İsveç lazım gələrsə, Ukrayna ərazisinə sülhməramlıların göndərilməsini istisna etmir.

Bu barədə İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Mariya Malmer Stenerqard “Sveriges” radiosunun efirində bildirib.

“Biz beynəlxalq hüquqa və Ukraynaya hörmət edən ədalətli və davamlı sülhə razı olmalıyıq. Biz bu sülhə sahib olandan sonra onun qorunub saxlanmasını təmin etməliyik, o zaman heç nəyi istisna etməyəcəyik”.

İsveçin baş naziri Ulf Kristersson da bildirib ki, müvafiq razılaşmalar əldə olunarsa, Ukraynaya sülhməramlıların göndərilməsi mümkündür.

"Düşünmürəm ki, biz bunu danışıqlarda irəliləyiş əldə etməmiş görəcəyik" - Reuters Kristerssondan sitat gətirib.

Qeyd edək ki, bir gün əvvəl ABŞ rəsmilərinin Ukraynadakı münaqişənin həll olunacağı təqdirdə respublikaya xarici sülhməramlı qüvvələrin, o cümlədən qeyri-Avropa ölkələrindən olan qüvvələrin göndərilməsini təklif etdiyi bildirilirdi. \\BakuPost

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.242556