Saat:09:04
Haqqımızda

İsveç nüvə fəlakətinə hazırlaşır - ATACMS hücumunun əks-sədası

2024-11-19 15:22:47

İsveç nüvə fəlakətinə hazırlaşır - ATACMS hücumunun əks-sədası

Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Qərbin münasibətlərinin gərginləşməsi fonunda İsveç dövləti öz vətəndaşlarını nüvə müharibəsi ehtimalına hazırlayır. Əhaliyə nüvə hücumu baş verən zaman necə davranmaq lazım olduğu barəsində qaydaların əks olunduğu, "Əgər böhran, yaxud müharibə baş verərsə" adlı 5 milyon ədəd kitabça  paylanıb. Kitabçada həmçinin, təbii fəlakətlərə, kiberhücumlara və terrorçuluğa qarşı müdafiə tədbirləri barəsində məlumat verilib.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti COzef Baydenin icazəsi ilə Kiyev artıq bu gün Rusiya Federasiyasının ərazilərinə Amerikanın ATACMS taktiki ballistik raketləri ilə zərbə endirib.
Bu gün həm də Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının - Nüvə gücünün qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarını təsdiq edib.
Hürr Tərcüman

Швеция готовит граждан к войне: разосланы инструкции на случай ядерной атаки

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213591