İsveç diplomatiyasının başçısı Ankaraya səfər edəcək

2022-12-20 20:50:00

İsveç diplomatiyasının başçısı Ankaraya səfər edəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsveçin Xarici İşlər naziri Tobias Billstrem krallığın NATO-ya daxil olması məsələlərini müzakirə eləmək üçün dekarın 22-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində nazir türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək, həmçinin, Türkiyə parlamentində görüş keçirəcək.

Xatırladaq ki, Finlandiya ilə İsveç  alyansa qoşulmaq üçün mayın 18-də NATO-nun Baş katibinə ərizə təqdim ediblər. Əvvəlcə, Türkiyə öz şərtlərinin yerinə yetirilməsi üçün bu müraciətlərə baxılması prosesinin başlanmasını əngəlləsə də, iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzalayıblar.

Hazırda alyansın 30 üzvündən yalnız ikisi - Macarıstan və Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olması barədə protokolu ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholm və Helsinkidən Türkiyəyə qarşı terror fəaliyyətində iştirak edən kürd fəalların, həmçinin 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edib. Onların arasında əvvəllər NATO-nun beynəlxalq strukturlarında çalışan, lakin sonradan Finlandiya və İsveçdən sığınacaq alan sabiq türk hərbçiləri də var.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.163911