İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var

2022-08-06 12:38:00

İstirahət mərkəzinin hovuzunda dəhşətli hadisə - Ölən var

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.106013