Saat:21:09
Haqqımızda

İstiqlal küçəsində bomba zarafatı - Ərəbcə danışaraq, torbanı atıb qaçdılar - VİDEO

2022-11-21 15:00:00

İstiqlal küçəsində bomba zarafatı - Ərəbcə danışaraq, torbanı atıb qaçdılar - VİDEO

Ötən bazar günü terror aktının baş verdiyi İstanbulun İstiqlal küçəsində bomba zarafatı edən xarici vətəndaş yaşadığı oteldə saxlanılıb.

Hurriyyet.az Sözcü-yə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsindən verilən açıqlamada videonun hücumdan bir həftə əvvəl çəkildiyi bildirilib.

Məlumata görə, ötən gün sosial media hesablarında paylaşılan videoda İstiqlal küçəsində 3 nəfər əllərindəki çantaları göstərərək və ərəbcə danışaraq bədən dilləri ilə cəmiyyətdə hiddət doğuracaq hərəkətlər ediblər.

Müəyyən edilən şübhəlilərin tutulması üçün əməliyyat başlanıldığı və şübhəli A.A-nın Beyoğlu rayonunda qaldığı oteldə yaxalandığı bildirilib.

Videodakı şəxslərin sosial şəbəkə hesabları araşdırıldıqda, onların 6 noyabrda eyni görüntülərlə başqa sosial media platformasında, eyni məkanda və eyni paltarla video paylaşdıqları ortaya çıxıb:

“Görüntülər 13.11.2022-ci il tarixində İstiklal Prospektində baş verən partlayışla bağlı cəmiyyətdə hiddət yaratsa da, videonun partlayışdan əvvəl 06.11.2022-ci il tarixində paylaşıldığı görülüb. Bundan əlavə, videoda görünən papaqlı şəxs F.R-nin 08.11.2022-ci il tarixində, A.O-nun isə 10.11.2022-ci il tarixdə ölkəmizi tərk etdiyi, buna görə də videonun məlum partlayış hadisəsi ilə əlaqəli olmadığı anlaşılıb".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR