İstintaq bitəndən sonra Ramiz Mehdiyevi nələr gözləyir? - ŞOK AÇIQLAMA
2025-11-28 21:54:26
“Ramiz Mehdiyevin istintaq müddəti başa çatdıqdan sonra ona qarşı hansı qərarın qəbul ediləcəyi hazırda qeyri-müəyyəndir”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri politoloq Əli Mustafa Kontakt.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, prosesin nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil:
“İstintaqın gedişindən, ortaya çıxacaq fakt və dəlillərdən çox şey asılıdır. Yəqin ki, istintaq başa çatdıqdan sonra vəziyyət tam dəqiqləşəcək. Vaxtın uzadılıb-uzadılmayacağı, yaxud qətimkan tədbirinin dəyişdirilməsi istintaq orqanlarının səlahiyyətində olan məsələlərdir. Bütün bunlar yalnız müddətin sonunda məlum olacaq”.
Politoloqun sözlərinə görə, yekun qərar istintaqın topladığı materiallara əsasən veriləcək.
Müşviq Tofiqoğlu
