“İstəyirlər ki, Azərbaycan əsgəri rus əsgərini öldürsün…” – Qarabağda TƏXRİBAT SSENARİSİ

2022-08-03 16:07:00

“İstəyirlər ki, Azərbaycan əsgəri rus əsgərini öldürsün…” – Qarabağda TƏXRİBAT SSENARİSİ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bundan qabaq da müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması Azərbaycanda haqlı etirazlar doğurur. Bildirilir ki, Azərbaycan ərazilərində təxribatların baş verməsinə görə, erməni terrorçuları ilə yanaşı, rus sülhməramlı qüvvələri də məsuliyyət daşıyır.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Azərbaycan Qarabağda erməni terrorçularının olacağı halda belə təxribatların davam edəcəyini bilir, ancaq bütün məsələlərə qanun çərçivəsində yanaşır.

Politoloq qeyd edib ki, ermənilər təxribatçı statusunda olsalar da, bütün təxribatı Rusiya sülhməramlıları planlaşdırır:

“Son zamanlar ermənilər tərəfindən yalnız Kəlbəcər və Laçın ərazisi deyil, sülhməramlıların yerləşdiyi təmas xətti-Ağdam, Tərtər rayonları da atəşə tutulur. Görünən odur ki, Rusiya sülhməramlıları Azərbaycan Ordusunu təxribata çəkir. Bölgədə kifayət qədər gərgin vəziyyət yaranıb. Təxribatların törədilməsi son zamanlar İrəvana gələnlərlə bağlıdır. Məlumdur ki, əvvəlcə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, daha sonra ABŞ-ın Təhlükəsizlik məsələləri üzrə sədri və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin İrəvana getmişdi. Ruslarla farslar eyni mövqedən çıxış edir. Paşinyan isə bilmir ki, Amerikanı, yoxsa Rusiya və İranı dinləsin. Ona görə də Paşinyanı sevməyən qüvvələr var. Onlar çalışır ki, sərhəddə Azərbaycan və rus əsgərini üz-üzə qoysunlar və Azərbaycan əsgəri rus əsgərini öldürsün, bundan da istifadə edib ölkəmizi işğal etsinlər”.

“Azərbaycan 44 günlük olmasa da, 4 və ya 14 günlük əməliyyata hazırlaşır və bu əməliyyatı həyata keçirmək məcburiyyətindədir. Bu sırf antiterror əməliyyatı olacaq. İnanıram ki, ordumuz antiterror əməliyyatını həyata keçirəndə artıq Xankəndidən Azərbaycan əsgərinin addım səsləri eşidiləcək. Rusiya da başa düşməlidir ki, onsuz da kifayət qədər problemi var və yeni bir cəbhə açmaq Rusiyadan çox Amerikaya lazımdır. Ona görə də Azərbaycanda yeni cəbhə açmağa ehtiyac yoxdur, amma Azərbaycan necə ki dünyanın aparıcı təşkilatlarını, BMT-nin qəbul etdiyi qətnamələri özü icra etdi, bu antiterror əməliyyatı da ölkəmiz üçün uğurlu bir əməliyyat olacaq. Dövlətimiz buna hazırdır, yüksək və peşəkar ordumuz var. Növbəti dəfə uğurlu antiterror əməliyyatı həyata keçirəcəyik və bu əməliyyat Azərbaycanın ən ağır yumruğu olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.082961