“İstefalar, mitinqlər olacaq, hətta iş o yerə çata bilər ki….” — Sabiq deputat

2022-09-05 23:58:00

“İstefalar, mitinqlər olacaq, hətta iş o yerə çata bilər ki….” — Sabiq deputat

“Əslində son günlər baş verən proseslər Avropada Rusiyanın xeyrinə olacaq. Təbii ki, söhbət burada iqtisadi məsələlərdən gedir. Düzdür, Şolts bəyan etdi ki, dekabr ayından etibarən Almaniya Rusiyadan qaz idxalını dayandıracaq. Ancaq artıq Çexiya, Macarıstan, Serbiya bundan imtina etdi, yəni onlar bir növ Rusiyanı dəstəklədilər”. 
Hurriyyet.az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib. O qeyd edib ki, bu qış Avropa üçün bir sınaq olacaq:
“Məsələ ondan ibarətdir ki, Almaniya hələlik ABŞ-dan aldığı sıxılmış qazdan istifadə edirlər. Amma, yanvar ayına kimi bu resurslar qurtaracaq. Xüsusilə, fevral və mart aylarında Avropada çox ciddi bahalaşma prosesi baş verəcək. Bu proses indidən başlayıb, çünki indiyə qədər Avropa dövlətləri Rusiyanın ucuz xammalından çox yararlanırdılar. Yəni, həm yanacaq energetika sahəsindən, həm ağır-yüngül sənayesindən, kənd təsərrüfatında  yararlanırıdılar. Çünki bütün bu resurslar Rusiyadan alırdılar. İndi görünən odur ki, Almaniyanın siyasi demarşı ola bilər ki, bir müddət Almaniyanı ayaqda saxlaya bilsin, amma bahalaşma tempi Avropada çox ciddi problemlər yaradacaq. Çünki indiyə qədər bu qədər bahalaşma görməyən Avropa ölkələri, orada komfortla yaşayan əhalinin indi  o komfortları pozulur. Bunların əmək haqqı artmır, ancaq qiymətlər artır. Eyni zamanda, bazarın inflyasiya faizi çox yüksək olur. O da avronun faizini dəfələrlə üstələyəcək. Görünən odur ki, qış aylarında Avropada çox ciddi problemlər olacaq. İstefalar da ola bilər, mitinqlər ola bilər, hətta iş o yerə çata bilər ki, hakimiyyət qarşıdurması da olacaq. Yəni, bunları indidən proqnozlaşdırmaq mümkündür, çünki insanların şəxsi problemləri çoxaldıqca insanlar aqressivləşir”. 


Aynurə Pənahqızı
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.076362