"İstefa qalmaqalı" yaşayan Qubad İbadoğlunun partiyasının fəaliyyətinə xitam verildi? (AÇIQLAMA)

2023-01-13 14:16:00

Qubad İbadoğlunun Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə xitam verilməsinə aydınlıq gətirilib. 

Hurriyyet.az xəbər verir ki, sədrin müşaviri Rövşən Dəmirli Qaynarinfo-ya açıqlamasında ADRP-nin fəaliyyətinə xitam verilmədiyini bildirib.

"Belə bir şey yoxdur, sadəcə təyinatlı qurum ləğv edilib, ADRP hərəkat kimi təşkilatlanmağı və fəaliyyət göstərməyi məqsədəuyğun sayıb. Buna da Ali Məclis qərar verəcək", deyə Rövşən Dəmirli qeyd edib.

Partiya rəsmisi əlavə edib ki, dövlət qeydiyyatına alınmaq üçün ADRH mübarizəsini davam etdirəcək: "Partiya kimi fəaliyyət göstərməyimiz mümkün deyil, amma hərəkatın qeydiyyatı var, o adla fəaliyyət göstərəcəyik”. 

Bundan əvvəl Qubad İbadoğlu sosial səhifə hesabında yazıb ki, Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi "Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir: "ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.215544