İstanbulu qana boyayan terrorçu qadın danışdı: “Hacı məni...”

2022-11-21 11:24:00

İstanbulu qana boyayan terrorçu qadın danışdı:  “Hacı məni...”

Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədərək, 6 nəfərin ölümünə, 81 adamın yaralanmasına səbəb olan suriyalı Əlham Əlbəşirinin polisə verdiyi ifadələr üzə çıxıb.

Hurriyyet.az xəbər Türkiyə mediasına istinadla xəbər verir ki, terrorçu qadın 6 nəfərin ölümünə səbəb olan partlayışı törətməzdən əvvəl qorxunu aradan götürən dərmanlar içdiyini etiraf edib: 

“Hacı adlı terrorçu məni Menbiçdə olarkən ailəmlə təhdid etdi. Mənə söylədi ki, Bilal adlı şəxsin hər dediyini etməlisən. Biz Bilalla Türkiyəyə gəlməli olduq. Bir müddət Türkiyədə qaldıq. Hadisə günü məni İstiqlal küçəsinə apardı. O, mənə həb verdi. İlk dəfə idi ki, Bilal özünü yaxşı aparırdı. Taksi çağırıb yola düşdük. Yolda kiminləsə danışıb getdi. Əlindəki çantanı mənə uzadaraq ərazini tərk etdi. Çantanı götürüb maşından düşdüm. İstiqlal küçəsinə doğru getməyə başladım. İstiqlal küçəsinə daxil oldum. Çantaya baxanda cips, tort gördüm, aşağı hissədə paket vardı. Qorxdum, “112 qaynar xətti”nə zəng vurdum. Türk dilində bilmədiyim üçün telefondakı adamla danışa bilmədim. Mən qorxurdum. Bu vaxt Hacı zəng vurub, mənə arxadan çəkilmiş fotomu göndərdi. Mən heç nə anlamadan Hacı dedi ki, “çantanı qoy, get. Başqası gəlib çantanı alacaq”. Bundan sonra mən çantanı qoyub getdim”, - deyə terrorçu qadın ifadəsində vurğulayıb.

Qeyd edək ki, noyabrın 13-də İstiqlal küçəsində baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Hadisə ilə əlaqədar 50-dən çox şəxs saxlanılaraq istintaqa cəlb olunub. 

Qanlı terror aktı ilə bağlı araşdırma davam edir. 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166388