İstanbuldakı yanğında 27 nəfər öldü - Yenilənib
.jpg)
İstanbulda 16 mərtəbəli binada yanğın baş verib.
Hurriyyet.az xəbər verir ki, binanın birinci mərtəbəsində qeydə alınan yanğın zamanı 8 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.
Yanğının sözügedən mərtəbədə təmir zamanı başladığı bildirilir. Hadisə qeydə alınan məkan gecə klubu olaraq istifadə edilib.
***
Beşiktaşda baş verən bu hadisə zamanı ölənlərin sayı 12-yə çatıb. Daha 11 nəfərin yaralı olduğu bildirilir. Onlardan 7-sinin vəziyyəti ağırdır.
***
Hadisə zamanı ölənlərin sayı 15-ə yüksəlib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin daxili işlər naziri Ali Yerlikaya zəng edərək hadisə ilə bağlı məlumat alıb.
***
“NTV”nin məlumatına görə, yanğında 25 nəfər həlak olub. Hazırda 3 yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
***
"Hürriyet"in məlumatına görə, hadisə nəticəsində həlak olanların sayı 27-yə çatıb.
qafqazinfo.az
