İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ - Yeni video

2022-11-16 12:45:00

İstanbuldakı terrorun ANBAAN GÖRÜNTÜLƏRİ - Yeni video

Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb. 

Hurriyyet.az report-a istinadən xəbər verir ki, görüntülərdə terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşdığı əks olunub.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub.

Çadıra ilə üznü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib.

Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb.

Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175394