İstanbuldakı kilsədə terror törədənlər Rusiya və Tacikistan vətəndaşlarıdır - nazir açıqlama verdi - VİDEO
![İstanbuldakı kilsədə terror törədənlər Rusiya və Tacikistan vətəndaşlarıdır - nazir açıqlama verdi - VİDEO](https://img.haberet.com/rcman/Cw820h482q95gc/storage/files/images/2024/01/29/santa-maria-italyan-kilisesindeki-saldirinin-failleri-yakalandi-bakan-yerlikayadan-aciklama-nyyw.jpg)
Hurriyyet.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında yanvarın 28-də, istanbuldakı katolik kilsəsində törədilmiş terror aktı ilə bağlı ümumilikdə 47 nəfər şübhəlinin həbs edildiyini, hücum edən iki şəxsin Rusiya və Tacikistan vətəndaşları olduğunu bəyan edib.
Nazir deyib: "Kilsəyə silahlı hücumla bağlı təhqiqat çərçivəsində 30 ünvanda əməliyyat aparılıb, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 47 nəfər, o cümlədən teroru aktını törədənlər - bir bir nəfər Rusiya vətəndaşı ilə bir nəfər Tacikistan vətəndaşı saxlanılıb". O, ötən ilin iyunundan bəri İŞİD-ə qarşı 46 əməliyyatın keçirildiyini də söyləyib.
Bəlli olduğu kimi, yanvarın 28-də, yerli vaxtla saat 11.40-da, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Santa-Mariya (Müqəddəs Məryəm) katolik kilsəsində dini ayin zamanı məbədə gələnlərə hücum edilib. Atəş nəticəsində bir nəfər Türkiyə vətəndaşı - 1972-ci il təvəllüdlü Tuncer Cihan həlak olub.
"Röyter" agentliyinin verdiyi xəbərə görə, İŞİD terror təşkilatı İstanbuldakı kilsəyə hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Hürr Tərcüman
![](/frontend/uploads/files_son/QAZ12.jpg)