İstanbulda taxıl dəhlizinə birgə nəzarət mərkəzinin açılışı oldu

2022-07-27 15:59:00

İstanbulda taxıl dəhlizinə birgə nəzarət mərkəzinin açılışı oldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, bu gün Türkiyənin İstanbul şəhərində Taxıl Dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin açılış mərasimi keçirilib. Ukrayna limanlarındakı taxılın təhlükəsiz ixracına nəzarət edəcək Mərkəz Türkiyənin Milli Müdafiə Universitetinin ərazisində fəaliyyət göstərir.

Açılış mərasimində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar iştirak edib.

Akar xatırladıb ki, bütün dünyada taxıl tədarükünün üçdən biri Rusiya ilə Ukraynanın payına düşür. Onun sözlərinə görə, taxılın müntəzəm tədarükü sayəsi dünyada ərzaq qiymətlərinin ucuzlaşmasına və qida böhranının qarşısının alınmasına müsbət təsir göstərəcək. O, taxıl dəhlizi barəsində razılaşmanın möhlətinin 120 gün olduğunu və lazım gələrsə, bu müddətin uzadılacağını söyləyib.

Taxıl Dəhlizinə Nəzarət Mərkəzində Türkiyə, Ukrayna, Rusiya nümayəndələri ilə yanaşı, BMT təmsilçiləri də çalışacaqlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056699