İstanbulda Rusiya Ukraynanı hədələdi: “Hörümçək toru”...
.jpg)
İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Ukraynanı “Hörümçək toru” adlı əməliyyatları təkrarlayacağı təqdirdə sülh prosesinin pozulması ilə hədələyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş olsa da, Rusiya əsasən ikinci dərəcəli məsələlərə fokuslanır və sülh prosesini uzatmağa çalışır.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizlik xidmətinin “Hörümçək əməliyyatı” da görüşə təsir edib. Əməliyyat nəticəsində rus işğalçılarının strateji aviasiyası məhv edilib:
"Rusiya tərəfi açıq şəkildə qeyd edib ki, belə addımlar istənilən danışıqları pozaraq döyüşlərin davam etməsinə səbəb ola bilər”.
Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın 4 hərbi hava bazasına keçirdiyi PUA hücumu nəticəsində 41 təyyarə məhv edilib.
Axar.az
