İSTANBULDA KEÇİRİLƏN MEDİA SEMİNARI TÜRKİYƏ MEDİASININ DİQQƏTİNDƏ! – Seminarda 9 ölkədən nümayəndələr iştirak edir / Fotolar

2022-05-29 13:25:00

İSTANBULDA KEÇİRİLƏN MEDİA SEMİNARI TÜRKİYƏ MEDİASININ DİQQƏTİNDƏ! – Seminarda 9 ölkədən nümayəndələr iştirak edir / Fotolar

Xəbər verdiyimiz kimi, Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığının (YTB) təşkilatçılığı ilə qardaş Türkiyənin İstanbul şəhərində Media Seminarı keçirilir.

Hurriyyet.az-ın məlumatına əsasən, Azərbaycandan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) İdarə Heyətinin üzvü, sədr müavini Mövlud İşık, birliyin mətbuat katibi Paşali Paşaliyev və jurnalist Murad Abitov Media Seminarında iştirak edirlər.

Qeyd edək ki, sözügedən Media Seminarı Türkiyə KİV-lərinin diqqət mərkəzindədir. Belə ki, sondakika.combeyazgazete.comdailymotion.com və s. media orqanları bu seminara geniş yer verib.

Məsələn, sondakika.com saytı seminara 9 ölkədən Axısxa Türklərinin qatılmasına toxunub. Sayt yazır ki, Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) təşəbbüsü ilə 9 ölkədən seminara qatılan insanlar Axısxa Türkləri ilə bağlı mətbuatda yazılanlara münasibət bildiriblər.

“Dünya Ahıska Türkləri Birliyi İstanbulda - Küçükçekmecedə 9 ölkədən dəvət olunan qonaqların iştirakı ilə media seminarı təşkil edib. Küçükçekmecedə bir oteldə keçirilən seminara sədr Ziyəddin Kassanov, Baş katib Fuat Uçar, 9 ölkədən akademiklər və qonaqlar qatılıb”, - deyə sayt qeyd edir.

Beyazgazete.com saytı isə tədbirdən sonra mediaya açıqlama verən DATÜB Baş katibi Fuat Uçarın fikirlərindən sitat gətirib: “Dünya Ahıska Türkləri Birliyi beynəlxalq qeyri-hökumət təşkilatıdır. Bu media seminarını təşkil etməkdə məqsədimiz xalqımıza göstərdiyimiz xidmətləri daha çox insana çatdırmaq və xalqımızın doğru xəbərləri almasına kömək etməkdir. 9 fərqli ölkədən 20-yə yaxın media nümayəndəmizi bir araya gətirdik”.

Öz növbəsində, dailymotion.com saytı da 9 ölkədə yaşayan Axısxa Türklərinin nümayəndələrinin seminarda iştirakına diqqət çəkib. Sayt DATÜB Başqanı Ziyəddin Kassanov, Baş katib Fuat Uçar, eləcə də 9 ölkədən akademiklər və digər qonaqların tədbirdə iştirakına toxunaraq bildirib ki, bu seminarın keçiriləməsində məqsəd Axısxa Türklərinin fəaliyyətinin mediada işıqlandırılması, görülən işlər haqda məlumat verilməsi, Axısxa Türkləri ilə bağlı dəqiq xəbərlərin ötürülməsi kimi məsələlərdir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya