İstanbulda İsrail vətəndaşlarına sui-qəsddə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi

2022-07-22 16:25:00

İstanbulda İsrail vətəndaşlarına sui-qəsddə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi

İstanbulda İsrail vətəndaşlarına hücum etməkdə ittiham olunan 7 iranlı barəsində həbs qərarı verildi. Belə ki, İstanbul Cəza Məhkəməsi Türkiyədə İsrail vətəndaşlarını hədəfə almağı planlaşdırmaq ittihamı ilə həbs edilən 8 iranlı şübhəlidən 7-si barəsində həbs qərarı çıxarıb.

İstanbul Prokurorluğunun başlatdığı cinayət işinə əsasən, 5 iranlı şübhəli iyunun 17-də polisin keçirdiyi əməliyyat zamanı “hərbi və ya siyasi casusluq” ittihamı ilə tutulub İyunun 29-da məhkəmə hakimi müttəhimlər Məcid.N, Əlirza.S, Seyid Mahmud.H, Həsən.H və Məryəm.M-nin həbsi barədə qərar çıxarıb. İstanbul Cəza Məhkəməsi Məryəm.M ilə bağlı səyahət qadağası qoyub və o, şərti azadlığa buraxılıb, digər şübhəlilər isə həbs edilib. Aparılmış istintaq və dindirmələrin davamında, ikinci əməliyyat iyulun 14-də İstanbulun Taksim meydanındakı otelin ətrafında keçirilib. Həmin əməliyyat zamanı da israilli turistlərə qarşı silahlı sui-qəsd təşkil etməkdə şübhəli bilinən Keyvan.M, əməliyyatı planlaşdırmaqda şübhəli bilinən Camal.C və İman.S tutulublar. Həmin şəxslər dindirildikdən sonra hakimin qərarı ilə həbs olunublar. Əməliyyat zamanı 3 ədəd tapança, tapançaya taxılan 2 ədəd qara lazer cihazı, 3 ədəd səsboğucu və çoxlu sayda patron ələ keçirilərək götürülüb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.080845