"İstanbulda imzalar atılmışdı, müharibəni ilyarım əvvəl dayandıra bilərdik"
2024-02-09 12:45:50
![](https://kuban24.tv/wp-content/uploads/2024/02/uyti-1-800x480.jpg)
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin "Foks Nyus" kanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində 2022-ci ildə İstanbuldakı sülh danışıqlarının uğursuz başa çatmasında Qərbi ittiham edərək deyib: "Bu müharibəni və düşmənçiliyi 1,5 il əvvəl dayanadıra bilərdik".
Putin İstanbul danışıqlarında razılaşdırılan qərarların tətbiq ediləcəyi təqdirdə müharibənin çoxdan başa çatmış ola biləcəyini, lakin ABŞ başda olmaqla, Qərb dövlətlərinin diqtəsi ilə Ukraynanın geri addım atdığını iddia edib.
Hürr Tərcüman
![](/frontend/uploads/files_son/QAZ12.jpg)