İstanbulda ABŞ-Rusiya danışıqları nə zaman keçiriləcək?
2025-04-08 16:03:14

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat təmsilçisi Dmitri Peskov aprelin 10-da, İstanbulda Rusiya ilə ABŞ arasında danışıqlar aparılacağını bəyan edib. O, danışıqların XİN xətti ilə keçiriləcəyini bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə İstanbulda keçiriləcək görüşdə tərəflərin münasibətlərdəki əngəlləri dəf eləmək üzərində çalışacaqlarını söyləyib.
Hürr Tərcüman
