Saat:13:20
Haqqımızda

İstanbula uçan təyyarədəki sərnişinlərin halı pisləşdi - VİDEO

2024-07-10 20:20:21

İstanbula uçan təyyarədəki sərnişinlərin halı pisləşdi - VİDEO

"AZAL"ın saat 8.30-da Bakıdan İstanbula uçan təyyarəsi 2 saatdan sonra texniki nasazlığa görə geri qayıtmalı olub.

Hurriyyet.Az bildirir ki, bu barədə Redaktor.Az-a təyyardəki sərnişinlərdən biri məlumat verib.

Məlumata görə, 7 saat gecikmə ilə göyə qalxan təyyarədə soyutma sistemi çalışmayıb. 

Havasızlıqdan və istidən təyyarənin göyərtisində sərnişinlər arasında halı pisləşənlər olub.

Buna görə də, pilotlar İstanbula enmədən təyyarənin rotasını Bakıya yönəldib, Heydər Əliyev adına hava limanında yerə eniblər.

Sərnişinlər nasazlıq səbəbindən yaranan situaisiya zamanı təyyarənin heyətinin fəaliyyətindən narazılıq ediblər.

Mövzu ilə bağlı saytımıza danışan AZAL-ın mətbuat katibi Fərid Hüseynov təyyarənin kondisoner sisteminin işləməməsi səbəbindən geri qayıtdığını təsdiq etdi.

Mətbuat katibi onu da əlavə etdi ki,artıq həmin reys həyata keçirilib və sərnişinlər İstanbula yola düşüblər.

Sultan AYXAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219595