Saat:13:45
Haqqımızda

İstanbul terrorunun arxasındakı şəxsin adı məlum oldu – ƏMMAR CARKAS KİMDİR?

2022-11-15 14:07:00

İstanbul terrorunun arxasındakı şəxsin adı məlum oldu – ƏMMAR CARKAS KİMDİR?

13 noyabr tarixində İstanbulun Taksim meydanında törədilən terror hadisəsi ilə bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Hurriyyet.az həmin məlumatları təqdim edir:

“Ötən gün İstanbul polisinin uğurlu əməliyyatı nəticəsində ələ keçirilən Suriya əsilli terrorçu Əhlam Əlbəşir 4 ay əvvəl B. (ad açıqlanmır-red.) adlı bir terrorçu ilə Afrin üzərindən qaçaq yolla Türkiyəyə daxil olub. Onlar Əsənlərdə yaşayan başqa bir Suriya vətəndaşının evinə yerləşiblər. Ətrafdakı insanların şübhələnməməsi üçün, 4 ay ərzində ər-arvad kimi davranıblar və tekstil fabrikində işə düzəliblər. Bu müddət ərzində Türkiyə kəşfiyyatına yaxalanmamaq üçün, sifarişi verən Ayn Əl Ərəbdəki terrorçularla heç bir halda telefon vasitəsilə əlaqə qurmayıblar. Terrorçuların Ayn Əl Ərəblə əlaqəsini Əsənlərdə evində qaldıqları şəxs təmin edib. Hadisə baş verən gün B. adlı terrorçudan bomba yüklü paketi alan Əhlam Əlbəşir diqqət cəlb etməmək üçün 45 dəqiqə bombanı qoyduğu skamyada oturub. Saatlı bombanın partlamasına az bir müddət qalmış, skamyadan qalxaraq hadisə yerindən qaçan Əhlam Əlbəşir əvvəlcə taksi ilə Əsənlərdə qaldığı ünvana gedib. Buradakı evdən qızıl və pulları götürən Əhlam, daha sonra Küçükçekmecedə bir evə yerləşib. Hazırda bu evdə ələ keçirilən Əhlam Əlbəşirin polis idarəsində dindirilməsi davam edir.

Digər tərəfdən, Əlbəşirin əri rolunu oynayan B. adlı qaçaq terrorçunun tutulması üçün araşdırmalar davam etdirilir.

Əmmar Carkas kimdir?

Əhlam Əlbəşir dindirilmə zamanı PYD-YPG tərəfindən yetişdirilmiş “xüsusi kəşfiyyatçı” olduğunu iddia edən Əmmar Carkas adlı bir nəfərdən bəhs edib. Onun təşkilat üçün çox önəmli biri olduğu vurğulanır. Terrorçu ifadəsində bombanı özünün gətirmədiyini, aksiyadan əvvəl başqa bir kanalla ona çatdırıldığını bildirib. İstanbul hücumunun qarşısı alına bilməsə də, 24 saat ərzində PKK-nın və Suriyanın bütün əlaqələrinin üzə çıxarılması mühüm nailiyyətdir.

KOBANİ İLƏ DANIŞIQ

Hadisədən sonra aparılan texniki təqibdə Kobani ilə danışıqların olduğu təsbit edilib. Qamışlıdakı mərkəzdən aksiyanı idarə edənlər “Qız önəmli deyil, onu edam etsinlər. Əmmar bizim üçün önəmlidir, Əmmarı çıxar” kimi, ifadələr işlədiblər. Bu barədə Daxili İşlər naziri Süleyman Soylu da bildirib ki, “Onlar terrorçunu öldürərək, gizli şəbəkəni deşifrə etməyimizə mane olmaq istəyirdilər”.

Terorçunu Yunanıstana qaçırmaq istəyən şəxslər, işlər düz getmədiyi təqdirdə onu edam edəcəkdilər. Amma qadın terrorçu sağ ələ keçirildi və təşkilatın bütün planları alt-üst oldu.

Hər şeyi Əmmar planlayıb…

İstanbulda hücumu planlaşdıran şəxs Əmmar Carkasdır. Qamışlıdakı qərargahdan “Əmmar bizim üçün önəmlidir” ifadəsi onu göstərir ki, bu şəxs təşkilat üçün çox əhəmiyyətli biridir. Onlar Əmmar Carkası Bolqarıstana qaçırmağı planlaşdırırdılar. Əmmar Suriya vətəndaşıdır və 1 ildir ki, İstanbulda yaşayır. Kobani ilə əlaqədə olan şəxs məhz Əmmardır. O, Türkiyə polisi tərəfindən ələ keçirilib, hazırda sorğusu davam etdirilir”.

Qeyd edək ki, İstanbulda PKK-nın Suriya qolu olan PYD-YPG tərəfindən həyata keçirilən terror aktında şübhəli bilinərək saxlanılan 46 şəxsin dindirilməsi davam edir.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR