İstanbul sammiti təxirə salındı
2023-02-11 10:43:00

Hurriyyet.az xəbər verir ki, Qərb mətbuatının yazdığına görə, 14-15 fevral tarixlərində İstanbulda keçirilməsi planlaşdırılan, qaz qovşağı məsələsi ilə bağlı sammit Türkiyədə baş vermiş və 20 min nəfərdən artıq insanın ölümünə zəbəb olmuş dəhşətli zəlzələ ilə əlaqədar təxirə salınıb. Tədbirin 22 mart tarixində keçirilməsinin planlaşdırıldığı bildirilir. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyindəki mənbənin də xəbəri təsdiqlədiyi qeyd edilir.
İstanbul sammitində bir sıra Avropa ölkələrinin təmsilçilərinin iştirak edəcəyi gözlənilir.
Bəlli olduğu kimi, Türkiyənin qaz qovşağı mərkəzinə çevrilməsi təklifini Rusiya Prezidenti Vladimir Putin irəli sürüb, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu təklifi dəstəkləyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya