"İstanbul danışıqlarından narazıyıq" - Rusiyanın tələbləri qəbuledilməzdir
2025-05-20 09:52:48

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Reçpospolita" nəşrinə müsahibəsində Kiyevin mayın 16-da İstanbulda keçirilən danışıqların nəticəsindən razı qalmadığını bildirib.
O qeyd edib ki, atəşkəs razılaşması əldə edilməyib, Moskvanın qoyduğu şərtləri Ukrayna qəbuledilməz və yerinə yetirilməsi mümkünsüz hesab edir.
Podolyak deyib: "Biz İstanbul danışıqlarından razı deyilik. Əsl sülh danışıqları yalnız atəşkəsdən sonra başlana bilər".
O bildirib ki, Rusiya heyəti dörd rayonun - Donetsk, Luqansk, Zaporojets və Xerson vilayətlərinin ərazisinin tamamilə verilməsini tələb edib. Bundan başqa, söhbət Kiyevin hər hansı bir hərbi ittifaqda iştirakdan imtina etməsindən gedir.
Hürr Tərcüman
