Saat:02:54
Haqqımızda

“İST Petrol”un avtomobillərə benzin əvəzinə su satması təsdiqlənib - RƏSMİ

2024-04-11 19:21:07

“İST Petrol”un avtomobillərə benzin əvəzinə su satması təsdiqlənib - RƏSMİ

Bakıda “İST Petrol”un yanacaqdoldurma məntəqəsində avtomobillərə benzin əvəzinə su satılması faktı öz təsdiqini tapıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “SOCAR Petroleum” QSC-nin yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd edilib ki, “SOCAR Petroleum” QSC 11 aprel 2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürüb:

"Bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan, araşdırma aparılıb. Aparılan araşdırmanın nəticəsində sözügedən texniki problemin yanacaq çəninə su sızması nəticəsində baş verdiyi müəyyən olunub. Yaranmış texniki problem səbəbindən “SOCAR Petroleum” QSC sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb".

Bildirilir ki, 11 aprel 2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzində yanacaq dolduran sürücülərin problemləri qeydə alınıb: "Hər bir sürücü ilə fərdi qaydada danışıqlar aparılıb. Onların problemləri dinlənilib və həmin problemlərin qısa müddətdə aradan qaldırılacağı bildirilib".

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183984