İsrailliləri qəzəbləndirəcək iddia - Netanyahu bu təklifi rədd edib
2023-11-10 12:17:19

İsrail Baş naziri Benyamin Netanyahu girovlar müqabilində təklif edilən 5 günlük atəşkəsi rədd edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.
Danışıqları yaxından izləyən üç mənbənin bildirdiyinə görə, masadakı sövdələşmə beş günlük atəşkəs müqabilində uşaqların, qadınların, qocaların və xəstələrin azadlığa buraxılmasını nəzərdə tutsa da, İsrail hökuməti bunu qəti şəkildə rədd edib.
Azpolitika.info
