Saat:20:33
Haqqımızda

İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - Video

2025-05-22 10:44:01

İsrailli diplomatları güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı - Video

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, həmin şəxs 30 yaşlı Elias Rodrigesdir.

İlkin məlumata görə, Çikaqodan olan Rodrigesin daha əvvəllər məhkumluğu olmayıb. 

Vaşinqtonun polis rəisi Pamela Smitin sözlərinə görə, güllələnən diplomatlardan biri qadın, digəri isə kişi olub. Hadisə onlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. Smit qeyd edib ki, E.Rodriges saxlanılarkən Fələstin lehinə şüarlar səsləndirib.  

“CNN”, həmçinin qeyd edib ki, o, saxlanılan zaman hadisəni törətdiyini etiraf edib və silahı hara atdığını bildirib. 

Hadisə şahidləri isə qeyd edib ki, Rodriges israilli diplomatlara atəş açdıqdan sonra muzeyə daxil olmaq istəyib, lakin mühafizə tərəfindən içəri buraxılmayıb.

Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176276