“İsraillə bağlı hazırladığımız dosyeni Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik” - Hakan Fidan
2024-08-05 20:14:24
Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün avqustun 7-də Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə ikigünlük səfəri çərçivəsində apardığı danışıqların yekununda bildirib.
Onun sözləri Türkiyə XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“İsraillə bağlı hazırladığımız dosyeni prosesdə iştirak etmək imkanı əldə etmək üçün çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə göndərəcəyik”, - Fidan deyib.
