İsrailin yeni XİN və MN başçısı təsdiqləndi
2024-11-08 17:16:41
Knesset İsrail Katzın İsrailin yeni müdafiə naziri, Gideon Saarın isə xarici işlər naziri təyin edilməsini təsdiqləyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu 5 noyabrda axşam saatlarında gözlənilmədən müdafiə naziri Yoav Qallantı vəzifədən azad edərək, xarici işlər naziri İsrail Katzı onun yerinə təyin etmişdi. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilmişdi./axar.az/