İsrailin XİN rəhbəri ilə görüşdüyü üçün vəzifəsindən qovuldu - Cinayət işi qaldırıldı
2023-08-28 11:10:44

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Liviyanın Xalq Vəhdəti Hökumətinin Baş naziri Əbdülhəmin Dibeybə ölkənin Xarici İşlər naziri Necla Əl Manquşu israilli həmkarı Eli Kohen ilə görüşdüyü üçün vəzifəsindən azad edib. Hökumətin göstərişi ilə Əl Manquşa qarşı istintaq başladılıb.
Təhqiqatı Liviyanın Ədliyyə nazirinin sədrlik etdiyi komissiya aparacaq.
İsrail ilə Liviyanın XİN rəhbərlərinin tarixdəki ilk görüşü bu günlərdə Romada baş tutmuşdu.
İsrailin XİN rəhbəri Eli Kohen bunu “tarixi görüş” adlandırmışdı.
Liviya İsrailin müstəqilliyini tanımır, ölkələr arasında diplomatik münasibətlər yoxdur.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya