İsrailin Xarici İşlər nazirinin Türkiyəyə səfər planı dəyişmədi

2022-06-21 21:59:00

İsrailin Xarici İşlər nazirinin Türkiyəyə səfər planı dəyişmədi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsrailin Xarici İşlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək. Bu  barədə açıqlamanı İsrail XİN-in təmsilçisi Lior Hayat verib. Onun sözlərinə görə, parlamentin (Knesset) buraxılmasının Türkiyə ilə razılaşdırılmış səfər proqramına heç bir təsiri olmayacaq.

Qeyd edək ki, iyunun 20-də İsrailin Baş naziri Naftali Bennet ilə Xarici İşlər naziri Yair Lapid parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını veriblər. Bu qərardan sonra İsrail mətbatında Lapidin Türkiyəyə səfərini təxirə sala biləcəyi ehtimalları yayılmışdı.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya