İsrailin xarici işlər naziri Lavrova "alçaq" dedi

2022-05-03 11:05:00

İsrailin xarici işlər naziri Lavrova

İsrailin baş naziri Naftali Bennet Rusiya XİN rəhbəri Sergey Lavrovun italyan jurnalistlərinə verdiyi müsahibə zamanı qalmaqallı bəyanatını şərh edib.
 
Hurriyyet.az
xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
 
Xəbər verildiyi kimi, "Ağ zona" tok- şousunda çıxış edərək, Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, "Hitler də yəhudi olub", "ən qatı antisemitlər isə bir qayda olaraq yəhudilər olub".
 
"Mən Lavrovun bəyanatına çox ciddi yanaşıram. Onun sözləri doğru deyil, məqsədi də düzgün deyil. Belə yalan ona görə lazımdır ki, yəhudilərin özünü tarixdə onlara qarşı törədilən dəhşətli cinayətlərdə ittiham etsin, beləliklə, məsuliyyəti qatillərin və  İsrail xalqını təqib edənlərin üzərindən götürsünlər. Əvvəllər dediyim kimi, heç bir müharibə bu gün Xolokost demək deyil və ona bənzəmir. Yəhudi xalqının Dəhşəti mövzusundan siyasi manipulyasiyalar aləti kimi istifadə edilməsinə dərhal son verilməlidir".
 
Bununla əlaqədar İsrailin maliyyə naziri Aviqdor Liberman da fikir söyləyib.
 
"Mən təəccüb və heyrət içindəyəm. Çox təəssüf ki, bu cəfəng və ağır şeylər söylənilib. Mən izahat və üzrxahlıq gözləyirəm".
 
Xəbər verildiyi kimi, İsrailin xarici işlər naziri Yair Lapid də Lavrovun qəbuledilməz sözlərinə münasibət bildirib.
 
"Lavrovun dedikləri nəinki bağışlanılası və qəzəbdoğurucudur, onlar həm də dəhşətli tarixi yanlışlıqdır". Yəhudilər Xolokost zamanı özləri özlərini qətlə yetirməyib. Yəhudilərin özünü antisemitizmdə ittiham etmək onlara qarşı irqçiliyin ən alçaq təzahürüdür".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya