İsrailin müdafiə nazirinin xidmətçisi İrana casusluq etməkdə günahlandırılır

2022-09-07 16:02:00

İsrailin müdafiə nazirinin xidmətçisi İrana casusluq etməkdə günahlandırılır

İsrailin müdafiə nazirinin xidmətçisi İrana casusluq etməkdə günahlandırılır. Belə ki, İsrailin müdafiə naziri Benni Qantsın evində işləyən xidmətçi “düşmənə məlumat ötürməyə cəhd” ittihamı ilə 3 il həbs cəzasına məhkum edilib.
İsrail Müdafiə Nazirliyinin bəyanatına görə, ölkənin Lod şəhər Məhkəməsi Ömri Qorçovskini (37 yaşlı) öz etiraflarına əsasən, “düşmənə məlumat ötürməyə cəhd”də təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bəyanata əsasən, Qorçovski İranla bağlı haker qrupu ilə əlaqə saxlayıb, onların adından İsrail müdafiə nazirinə qarşı casusluq etməyi təklif etməkdə təqsirli bilinib.
O, ötən ilin noyabrında İranla əlaqəli "Qara Kölgə" adlı haker qrupuna məlumat ötürmək cəhdinə görə həbs edilib.
2019-cu ilin mart ayında da Benni Qantsın mobil telefonu haker hücumuna məruz qalıb və bunun İranın işi olduğu güman edilirdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.087657