İsrailin müdafiə naziri Qants: İranla müharibə son həll yolu olmalıdır

2022-07-22 15:22:00

İsrailin müdafiə naziri Qants: İranla müharibə son həll yolu olmalıdır

İsrailin müdafiə naziri Beni Qantz hərbi gücdən istifadənin son çıxış yolu olduğuna ümid edib və ölkəsinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yetərli gücə sahib olduğunu bildirib.
Amerikanın “Atlantik” jurnalının redaktoru Cefri Qoldberqə müsahibə verən Qantz İranın nüvə silahı yaratmaq qabiliyyətini İsrailin varlığına təhlükə kimi dəyərləndirib. O, belə bir hadisənin qarşısını almaq üçün lazım gələrsə, hərbi əməliyyatlar apara biləcəklərini, belə bir gücə malik olduqlarını və bundan son çıxış yolu kimi istifadə edəcəklərini vurğulayıb. Beni Qantz bu məsələdə Amerikanın dəstəyini alacaqlarına ümid etdiyini bəyan edib.
Xatırladaq ki, İsrailin müdafiə naziri iyunun ortalarında ölkəsinin Amerikanın dəstəyi ilə regional hava koalisiyası yaratmaqda olduğunu bildirmişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.095287