Saat:03:26
Haqqımızda

"İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb" - ELXAN ŞAHİNOĞLU

2024-04-04 14:34:45

"Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək, bu amil isə Tehranı çox da narahat etmir"

"İran İsraili necə vuracaq? Bu sual gündəmi məşğul edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Kasım Süleymani İraqda öldürüldükdə, Tehran bunun intiqamını alacağını vəd etmişdi. İntiqam ondan ibarət oldu ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket atdı. Tehran İsrailin İranın Suriyadakı konsulluq binasında hava zərbəsi nəticəsində generallarının qətlinə görə yenə intiqam vədi verib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, İranın Süleymani nümunəsində olduğu kimi Amerikaya əli çatmadığı kimi birbaşa İsraili hədəf alması da problematikdir: "İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşddırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər. Ayrıca, İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.238104