İsrailin İrana hücum planı ilə bağlı xəbər
Hurriyyet.az xəbər verir ki, İsrail İrana qarşı hücum planının reallaşmasını təxirə salıb. "Tayms" nəşrinin yazdığına görə, bunun səbəbi hücum planları barəsində məxfi məlumatın ABŞ-da sızdırılmasıdır. Bununla əlaqədar İsrail öz planlarını dəyişib.
Qəzetdə dərc edilmiş xəbərdə deyilir: "Amerikadan sənədlərin sızması nəticəsində müəyyən strategiayaarı və komponentləri dəyişmək zərurəti yarandığı üçün hücum təxirə salınıb. Qisas olacaq. Lakin bunun üçün əvvəllər nəzərdə tutulduğundan daha çox vaxt lazımdır".
Oktyabrın 18-də internetdə "tamamilə məxfi" adı altında 15-16 oktyabr tarixlərinə məxsus sənədlər yayılıb. Sənədlərin birində İsrailin silah-sursatı yerləşdirmək planlarından, digərində isə İSrailin HHQ-nin "hava-yer" tipli raketlərlə təlimindən danışılır. Bu zənədlərin İrana qarşı hücum planı ilə əlaqədar olduğu güman edilir.
Hürr Tərcüman