İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombaladı - VİDEO

2023-01-30 09:36:00

İsrailin döyüş təyyarələri SEPAH-ın avtomobil karvanını bombaladı - VİDEO

İsrail Hərbi Hava Qüvvələri İran ordusunun (SEPAH) yük maşını karvanını bombalayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "sm.news" portalı yazıb. 

Məlumata görə, SEPAH-ın avtomobil karvanı İraq və Suriya sərhədində yerləşən Əbu Kamal şəhəri yaxınlığında qeydə alınıb.

Bildirilir ki, silah və kamikadze dron daşıyan 25 yük maşınından ibarət avtomobil karvanına hücum edilib. 

Hadisə yerində güclü yanğın baş verib.

Qeyd edək ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahında da partlayışların baş verdiyi bildirilir. 

Məlumata görə, Mahabad şəhərində korpusun qərargahına hücumdan sonra yanğın baş verib. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.219271