İsrailin Baş naziri yəhudiləri Rusiyadan evakuasiya etməyi təklif edib

2022-09-22 16:05:00

İsrailin Baş naziri yəhudiləri Rusiyadan evakuasiya etməyi təklif edib

Hurriyyet.az  “Qruziya Onlayn” portalına istinadla xəbər verir ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra İsrailin Baş naziri Yair Lapid Rusiya yəhudilərinin miqrasiyasını asanlaşdırmaq üçün ölkəyə aviareyslərin sayını artırmağı təklif edib. Bu  məlumatı İsrail hökumətinin başçısının ofisinə istinadla NEWS.ru.co.il saytı verib. Eyni zamanda həmdə İsrail XİN-ə rəhbərlik edən Lapid Rusiyadan daha çox mühacir qəbul eləmək göstərişi verib. Bunun üçün daha çox viza verilməli və miqrantların ölkədə yerləşdirilməsi üçün şərait yaradılmalıdır.

“Soxnut” agentliyinin məlumatına görə, Ukraynada müharibə başlanana qədər Rusiyada 165 min nəfər yəhudi vətəndaş yaşayıb. Müharibənin başlandığı 24 fevral tarixindən bəri 20,5 min yəhudi Rusiyadan mühacirət edib.

Bu ilin baharında ayda orta hesabla 3,3–4,4 min nəfər İsrailə köçmək üçün “Soxnut” agentliyinə müraciət edib. Müharibənin altı ayı ərzində İsrail pasportu alan rusiyalıların sayı ümumilikdə 2021-ci il ərzində pasport alanların sayından çox olub.

Rusiyalı demoqraf Aleksey Rakşinin sözlərinə görə, İsrailə emiqrasiyanın miqyası SSRİ-nin çökdüyü dövrün səviyyəsinə çatıb.

Bu vəziyyətdə Rusiya hakimiyyəti yəhudilərin ölkədən çıxmasına yardım edən “Soxnut” agentliyini bağlamağı qərara alıb. RF Ədliyyə Nazirliyi agentliyə qarşı iddia qaldıraraq, təşklatı ləğv eləməyi tələb edib, onu “beyin axını”nda ittiham edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062825