Saat:03:38
Haqqımızda

İsrailin baş naziri Naftali Bennet İranı nüvə silahından imtina etməyə çağırdı

2022-01-18 16:20:00

İsrailin baş naziri Naftali Bennet İranı nüvə silahından imtina etməyə çağırdı

İsrailin baş naziri Naftali Bennet çərşənbə axşamı İranı Yaxın Şərqdə terror mənbəyi adlandırıb və deyib ki, Tehran nüvə silahı proqramından əl çəkməlidir. “TASS” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbəri “Davos gündəmi” virtual müzakirəsi zamanı bildirib.

"İran Yaxın Şərqdə terrorun mənbəyidir. İran terror və qeyri-sabitlik canavarıdır, onun başı Tehrandadır və qollarıı bütün regiona yayılır", deyə Bennet bildirib.

“İran nüvə proqramından əl çəkməlidir. Aydındır ki, onlar [iranlılar] nüvə silahı yaratmağa çalışırlar, deyə İsrailin baş naziri əlavə edib.

Bennettin sözlərinə görə, "bu vəziyyətdə ediləcək ən son şey bu aparata on milyardlarla dollar tökməkdir", çünki nəticə "steroidlər üzərində qurulmuş terror" olacaq. O, həmçinin İranı Yəmənli husilərin “arxasında durmaqda, onları maliyyələşdirməkdə, silahla təmin etməkdə və həmçinin onların fəaliyyətlərini idarə etməkdə” ittiham edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.154255