İsraildən yeni həmlə: Türkmənistanda İsrail səfirliyi açılır

2023-03-03 13:20:00

İsraildən yeni həmlə: Türkmənistanda İsrail səfirliyi açılır

İsrail İrandan 30 km aralıda Türkmənistanda səfirlik açacaq. Belə ki, İsrailin Xarici işlər naziri Eli Koenin qısa müddət ərzində Orta Asiyada İranla uzun sərhədi olan Türkmənistana səfər edərək, ölkənin paytaxtı Aşqabadda İsrailin daimi səfirliyini rəsmi olaraq açması gözlənilir.

Səfirlik İsrailin İran sərhədinə ən yaxın rəsmi nümayəndəliyi olacaq. "Mignews"a görə, Koenin Türkmənistana səfəri və səfirliyin açılması İrana İsrailin regionda real və artan təsirə malik olduğunu aydınlaşdırmaq məqsədi daşıyır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206083