Saat:14:00
Haqqımızda

İsraildən İrana qarşı çağırış: “Hərbi müdaxilə edilməlidir”

2021-12-07 15:19:00

İsraildən İrana qarşı çağırış: “Hərbi müdaxilə edilməlidir”

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, İsrailli məmurlar İran ilə müzakirələr aparmaq əvəzinə, bu ölkəyə birbaşa hərbi müdaxilə edilməsini tələb ediblər.

İranın Vyanada Avropa İttifaqı ilə birbaşa, ABŞ ilə dolayı olaraq nüvə müzakirələri apardığı hazırlı dövrdə İsrail təmsilçilərinin aşkar şəkildə ABŞ-dan İrana hərbi müdaxilə eləməsini tələb eləmələri diqqəti cəlb edib.

İsrail müdiasına müsahibə verən İsrail Müdafiə naziri Beni Qantz və “Mossad” Xarici Kəşfiyyat Xidmətinin direktoru David Barnea İranın müzakirələr vasitəsi ilə Qərb dövlətlərinin başını qarışdırıb, nüvə silahı istehsal eləmək üzrə olduğunu iddia ediblər. Qantz ilə Barnea ABŞ-ın İrana hərbi müdaxilə eləməsinin lazım olduğunu vurğulayıblar.

İsrailin Baş naziri Naftali Benett də uranın zənginləşdirilməsi prosesinin davam elədiyi halda, İranla müzakirələr aparılmasının mənasız və faydasız iş olduğunu, müzakirələr üçün İranın bütün nüvə proqramının dayandırılmasını şərt kimi irəli sürmək lazım olduğunu söyləyib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR