İsraildən gözlənilməz Ukrayna qərarı - QADAĞAN EDİLDİ

2022-05-28 15:07:00

İsraildən gözlənilməz Ukrayna qərarı - QADAĞAN EDİLDİ

İsrail Daxili İşlər Nazirliyi ölkəyə gələn ukraynalıların qeydiyyat formasını qəfil dəyişib.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, indi yalnız birinci dərəcəli qohumlar ölkəyə daxil ola bilər: ana, ata, oğul, qız, bacı, qardaş, ər, arvad.

Ölkəyə dəvət formasında başqa seçim yoxdur. Belə bir forma vasitəsilə əldə edilən icazə olmadan bir Ukrayna vətəndaşı belə təyyarəyə buraxılmayacaq.

Daxili İşlər Nazirliyindən heç bir müvafiq təlimat və ya elan olmayıb. Bununla nazirlik Ukrayna vətəndaşları üçün vizasız girişi ləğv edib. Əgər onların İsraildə yaxın qohumları yoxdursa, ölkəyə gedə bilməyəcəklər.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya