Saat:13:32
Haqqımızda

İsraildən ABŞ-a xəbərdarlıq: “Siyasi nəticələri ola bilər”

2021-10-15 14:04:00

İsraildən ABŞ-a xəbərdarlıq: “Siyasi nəticələri ola bilər”

 

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, İsrailin Xarici İşlər naziri Yair Lapid amerikalı həmkarı Entoni Blinkenə Qüds konsulluğunun yenidən açılmasına qarşı olduqlarını söyləyərək deyib: “Bu məsələnin İsrail hökuməti üçün mühüm siyasi nəticələri ola bilər”.

ABŞ XİN başçısı Entoni Blinken ilə həmkarı Yair Lapid İranın nüvə proqramı ilə bağlı bundan əvvəl masada olmayan planların müzakirə edildiyi xəbər verilir.

“Tayms of İsrail” qəzetinə müsahibə verən, adı açıqlanmayan israilli mənbə bildirib: “Səfər zamanı (İranın 2015-ci il nüvə proqramına geri dönməsi ilə bağlı) razılaşma əldə edilməyəcəyi təqdirdə hansı addımlar atılacağı ilə bağlı bağlı qapılar arasında danışıqlar aparılıb və hazırda masada olmayan variantlar müzakirə edilib”.

Hansı variantların müzakirə edildiyi barəsində məlumat verilməyib.

Blinken-Lapid görüşündə ABŞ-ın Qüdsdə fələstinlilərə xidmət edəcək konsulluğunu yenidən açmaq planının da gündəmdə olduğu qeyd edilib. Lapidin buna etiraz edərək, “Bu məsələnin İsrail hökuməti üçün mühüm siyasi nəticələri ola bilər” sözlərini dediyi bildirilir.

Blinken, Lapid və BƏƏ Xarici İşlər naziri Abdullah ibn Ziyad Əl Nahyanın 13 oktyabrda keçirdikləri birgə mətbuat konfransında İran ilə davam edən nüvə müzakirələrində zamanın azaldığı, diplomatiyanın uğursuz olacağı halda digər variantların masada olacağını bildirmişdi.

Keçmiş ABŞ Prezidenti Donald Tramp tərəfində 2019-cu ildə bağladılan Qüds konsulluğunun yenidən açılması planından da bəhs edən Blinken demişdi: “Fəlsətinlilərlə əlaqələri gücləndirməyin bir parçası olaraq konsulluğu açmaq niyyətindəyik”.

 

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR