İsraildə zəlzələ oldu, mənzil bazarında vəziyyət dəyişdi

2023-02-22 14:33:00

İsraildə zəlzələ oldu, mənzil bazarında vəziyyət dəyişdi

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Aralıq dənizinin şərq hissəsində baş vermiş 4,5 bal gücündə zəlzələnin təkanları İsraildə hiss olunub. Hayfa şəhərinin məktəblərində zəlzələ ilə bağlı erkən xəbərdarlıq siqnalları işə düşüb. Şagirdlər, müəllimlər və digər işçilər qapalı məkanları tərk ediblər.

İsraildə artıq bu həftə ərzində ikinci dəfədir ki, təkanlar hiss edilir. Bazar ertəsi günü – fevralın 20-də də ölkənin şimalında və mərkəzində yaşayan israillilər Türkiyədəki növbəti zəlzələnin təkanlarını hiss eləmişdilər. Dağıntı və tələfat yoxdur.

Fevralın əvvəlində Türkiyə ilə Suriyada baş vermiş və İsraildə də hiss edilmiş zəlzələlərdən sonra ölkədə köhnə binalara tələbat azalıb. “İsrail bu gün” Teleqram kanalının keçirdiyi sorğunun nəticələrinə görə, köhnə (1977-ci ilə qədər olan) yaşayış fondundan olan mənzillərin icarəsinə tələbat 32% azalıb. Sorğu iştirakçılarının bu cür mənzillərdən kütləvi surətdə imtina etmələri ilə yanaşı, yeni mənzillərə daha çox vəsait ödəməyə hazır olduğu bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.187921