İsraildə ehtiyatda olan 25 min hərbçi orduya çağrıldı
2022-08-05 22:55:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrailin Müdafiə naziri Beni Hants ehtiyatda olan 25 min hərbçinin orduya çağrılması barəsində əmr verib.
Çağırışın “operativ məqsədlər üçün” edildiyi bildirilir.
İsrailin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Baş Qərargahın rəhbəri Aviv Kohavi İsrail ordusunu fövqəladə vəziyyət rejiminə keçməsini və baş komanda məntəqəsini açmağı əmr edib.
Bundan əvvəl Tel-Əvivdən verilən açıqlamada Qəzza sektorundakı hədəflərə qarşı “Şəfəq” əməliyyatının başlandığı xəbər verilmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya