Saat:15:54
Haqqımızda

“İsrail vətəndaş müharibəsinin astanasındadır!” – Prezident xəbərdarlıq etdi

2023-03-17 13:22:00

“İsrail vətəndaş müharibəsinin astanasındadır!” – Prezident xəbərdarlıq etdi

Hurriyyet.az xəbər verir ki, İsrail Prezidenti İsaak Hersoq yeni seçilən hökumətin təklif elədiyi məhkəmə islahatları səbəbindən ölkənin vətəndaş müharibəsinin astanasına gəldiyi barəsində xəbərdarlıq edib.

Hersoq deyib: “İnsan həyatından söhbət getdiyi həqiqi bir daxili müharibənin astanasındaıq. Uçurum çox yaxındadır. Nə bahasına olursa-olsun, heç bir şəkildə bunun baş verməsinə imkan verməyəcəyik”.

Ölkənin Baş naziri Benyamin Netanyahunun yanvar ayında islahatlar barəsində açıqlama verməsindən sonra İsraildə etiraz aksiyaları davam edir. Başda paytaxt Tel-Əviv şəhəri olmaqla, hökumətin məhəkəmə islahatlarına və sağçı siyasətinə qarşı kütləvi etirazlar 10 həfətədir ki, dayanmır.

Ədliyyə naziri Yariv Levin 5 yanvar tarixli açıqlamasında Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran, məhkəmənin hakimlərin seçimi üzərindəki təsirini azaldan qanun layihəsi hazırladıqlarını bəyan etmişdi.

Netanyahunun rəhbərlik elədiyi koalisiya hökumətinin məhkəmənin bəzi səlahiyyətlərini parlamentə vermək həmlələri, Ali Məhkəmə daxil olmaqla, İsrailin məhkəmə mexanizmi ilə hökuməti arasında gərginliyə səbəb olmuşdu.

İsraildə Ali Məhkəmə parlamentin qəbul elədiyi qanunları ləğv eləmək səlahiyyətinə malikdir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR