İsrail və Livan mətbuatı: "Dəməşq Golan təpələrindən imtina edəcək"
Hurriyyet.az xəbər verir ki, "Tayms of İsrael" (Times of Israel) nəşrinin Livan mətbuatına istinadla yazdığı məlumatda Tel-Əvivin Əhməd Əl Şaraanın rəhbərik etdiyi hökuməti tanıyacağı təqdirdə, Suriyanın Golan təpələrinə iddialardan imtina edə biləcəyi iddia olunur.
Qəzetin yazdığına görə, rəsmi Tel-Əviv Əhməd Əl Şaraanın rəhbərlik etdiyi yeni Suriya hökumətini tanıyarsa, Dəməşq 1967-ci ildə işğal edilmiş Golan təpələrini İsraildən tələb etmək niyyətindən vaz keçəcək.
Mətbuatda gedən materiallarda, Suriyanı bu ilin yanvarından bəri ölkənin cənubuna daxil olmuş İsrail qüvvələrinin çıxarılması tələbi də qeyd edilib. Dəməşqin İordaniya-Suriya-İsrail sərhəd ərazisində də təhlükəsizlik təminatı tələb etdiyi də bildirilir.
"Tayms of İsrael" yazır: "Hazırkı sülh danışıqlarında Suriya İsraildən 1967-ci ildə ələ keçirdiyi Qolan təpələrinin hissələrini geri qaytarmağı tələb etmir. Suriya ölkənin cənubunda, İordaniya, Suriya və İsrail arasındakı sərhəd üçbucağında dəqiq müəyyən edilmiş təhlükəsizlik tədbirlərinin görülməsini, eləcə də ABŞ-nin Suriyanı dəstəkləməsini tələb edir".
Bundan əvvəl Dəməşq ilə Təl-Əviv arasında 1974-cü il müqaviləsinin şərtlərinə qayıtmaq məqsədi ilə dolayı danışıqların aparıldığı bildirilirdi. Golan təpələrinin mübahisəli statusu səbəbindən Suriya-İsrail münasibətləri 1967-ci ildən bəri gərgin olaraq qalır.
Hürr Tərcüman
