Saat:18:04
Haqqımızda

İsrail və Fransanın birgə yaratdığı şirkət Rumıniyada hərbi PUA-lar istehsal edəcək

2021-07-26 20:37:00

İsrail və Fransanın birgə yaratdığı şirkət Rumıniyada hərbi PUA-lar istehsal edəcək

 

İsrailin “Elbit Systems” və Fransanın “Thales” şirkətinin Britaniyada PUA istehsal etmək üçün yaratdığı “U-TacS” kampaniyası ilə Rumıniyanın “Aerostar” şirkəti arasında müqavilə imzalanıb.

Bu barədə “Janes” nəşri yazıb.

Müqaviləyə əsasən Rumıniyada tərəflər “Watchkeeper X” PUA-ları istehsal edəcək. İstehsal prosesi üçün ölkənin Lester şəhərində xüsusi fabrik yaradılır.

2015-ci ildə “Thales” tərəfindən təqdim olunan “Watchkeeper X” kameralar, radar və radioelektron müşahidə cihazları kimi müxtəlif avadanlıqlara malikdir. PUA-lar gündüz/gecə naviqasiya kamerası, elektro-optik və infraqırmızı avadanlıq kimi optik sensorlar, yerüstü və dənizdə müşahidə radarları, rabitə kəşfiyyat sistemləri (COMMINT) və kriptoqrafik elektron dəstək tədbirləri ilə təchiz oluna bilər.

İraq və Əfqanıstanda istifadə edilən “Watchkeeper X” taktiki PUA-dır. 5000 metr hündürlükdə uça bilən PUA-lar iki saat havada qala bilir və saatda 85 kilometr sürətə malikdir. \\Ednews.net

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR