İsrail Türkmənistanda səfirlik açacaq

2023-03-04 12:06:00

İsrail Türkmənistanda səfirlik açacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Aşqabadda İsrail səfirliyinin açılması gözlənilir.

Diplomatik missiyanın rəsmi açılışı üçün İsrailin Xarici İşlər naziri Eli Kohenin Türkmənistana səfər edəcəyini gözlənilir.

10 il ərzində İsrailin Aşqabaddakı səfirliyi müvəqqəti struktura malik olub, lakin tezliklə daimi diplomatik missiya kimi fəaliyyət  göstərməyi planlaşdırılır.

Son zamanlar İsrailləTürkmənistan arasında səhiyyə və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqda irəliləyiş olub.

Eli Kohen İsrail mətbuatına müsahibəsində bu addımın bütün region ilə münasibətlətin möhkəmləndirilməsi fəaliyyətinin bir hissəsi olduğunu söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.220812