"İsrail tərəfindən Ukraynaya müdafiə xarakterli hərbi vasitələr təqdim olunacaq" - ŞAHİN CƏFƏRLİ

2022-05-04 13:14:00

"Bu qərarlarda rol oynayan əsas amil Lavrovun səriştəsiz davranışı deyil, çünki ABŞ bir müddətdir Ukraynaya kömək etməsi üçün İsrailə təzyiq göstərirdi"

"Lavrovun Rusiya siyasi elitasındakı antisemit əhvalı büruzə verməsindən sonra İsrail hökuməti Ukraynaya hərbi yardım göstərməyi müzakirəyə çıxarıb. İsrail tərəfindən Ukraynaya müdafiə xarakterli hərbi vasitələr təqdim olunacaq. Lakin bundan daha vacib qərar budur ki, İsrail hökuməti digər ölkələrin (məsələn, konkret Estoniyanın) İsrail istehsalı olan silahlarını Ukraynaya verməsinə etiraz etməyəcək. Estoniya ordusunda "Spike" antitank və "Gabriel-5" gəmi əleyhinə raket sistemləri var". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin fikrincə, bu qərarlarda rol oynayan əsas amil Lavrovun səriştəsiz davranışı deyil, çünki ABŞ bir müddətdir Ukraynaya kömək etməsi üçün İsrailə təzyiq göstərirdi: "Ukrayna Ali Radası da bəzi mühüm qərarlar qəbul edib. Ölkədə rusiyayönümlü siyasi partiyaların fəaliyyəti qadağan olunub, Rusiyanın "terrorizmin dəstəkçisi" kimi tanınması üçün ABŞ Konqresinə müraciət edilib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilovun Rusiya ilə sülh müqaviləsi imzalanmayacağını bildirməsi də Kiyevin öz mövqeyini sərtləşdirdiyinə dəlalət edir".

Şahin Cəfərli onu da əlavə edib ki, hazırda Ukrayna işğal olunmuş ərazilərini azad etmək üçün müharibəni davam etdirməkdə qərarlı görünür.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya